Machine summary:
Bunun müqabilində, dini təlimlərə, maarifə etinasız yanaşan, mənəvi seyrin sonunu, hədəfini Allahdan başqa bir yerdə axtaran, insanı yalnızca dünya həyatı ilə məhdudlaşdıran hər növ irfanı “sekulyar” irfan adlandırırıq.
Allahdan başqa şeyləri metafizik olsa belə öz hədəfi ünvanında seçən bütün irfanlara və yaxud da din və şəriətdən başqa bir vasitə ilə özünün son hədəfinə qovuşmaq niyyətində olan irfanlara sekulyar irfan deyilir.
Belə bir dində arifin şəxsi son hədəfi Allaha qovuşmaq ola bilər, amma məhz həmin dinin mövzusu olan Allah qeyri-həqiqidir.
Məsihi irfanını da həqiqi irfan hesab etmək olmaz, çünki məsihi irfanı Xristianlıq dinindən qaynaqlansa da, mövcud məsihi dini təhrif olunmuşdur, hətta düzəltmə bir dindir.
Onun əsl həyatının başqa bir yer olduğunu deyir və bütün şadlıqları, qorxuları, ümidləri ilə birlikdə onun bütün dünyasını həqiqi həyata çatmaq üçün məhz bir keçid və körpü hesab edir.
Amma əgər təsəvvufu nümunəsi ilə tərif etsək, sufi kimi tanınan bir çox şəxslər haqqında belə tərif elmi və əməli olaraq onlara aid olmaz.
Hər halda, bu mövzu ilə bağlı rəvayətlərin bəzilərinin sənəd silsiləsindəki iradları nəzərə almasaq, ümumi olaraq demək olar ki, bu məzəmmətlər təsəvvuf haqqında belə təriflərin ən azı bəzi təsəvvuf iddiasında olanlara aid olmadığına işarə edir, əks halda həqiqi din övliyalarının məzəmmət obyektinə çevrilməzdilər.
Buna əsasən, irfana maddi və dünyəvi baxışları da həmçinin bir növ irfan hesab etmək olar və bu termini münaqişəsiz onlar haqqında da işlətmək olar.
Buna əsasən də hər bir qeyri-elmi və metafizik ideya ilə şiddətlə mübarizə aparırdı.
Buna əlavə olaraq, insanlar Allahdan ayrı və müstəqil olan müasir elmin məhsulunu və bəşərin əqli tədbirlərini XX əsrin birinci yarısında iki dünya müharibəsində bütün varlığı ilə hiss etdi.