Abstract:
Azərbaycan xalqının milli-mədəni dəyərləri arasında, mentalitetində abırlı olmaq, həyalı olmaq, həyanı qorumaq özünəməxsus yer tutur. Hələ qədim zamanlardan azəri türkləri öz ismətliliyi, abırlı, həyalı olması ilə tanınmış, həyasına, ismətinə xələl gətirməkdənsə, ölməyi üstün tutmuşlar. İstər qadın olsun, istərsə də kişi öz həyasını, abrını, ismətini qorumağa çalışmış, bu yolda ölümə getməkdən belə çəkinməmişlər. Şifahi xalq ədbiyyatında-nağıllarda, bayatılarda, dastanlarda bu mövzuya tez-tez toxunulmuş, ən önəmli mövzulardan birinə çevrilmişdir.
Machine summary:
HƏYA DİNİ VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRİMİZ KİMİ (Hədisi-şəriflər və atalar sözləri kontekstində) Müəllif: Dr. İbrahim Zöhrab oğlu Quliyev 1 Alınan tarix: 05/01/2016 qəbul tarixi: 28/02/2016 Məqalənin xülasəsi Azərbaycan xalqının milli-mədəni dəyərləri arasında, mentalitetində abırlı olmaq, həyalı olmaq, həyanı qorumaq özünəməxsus yer tutur.
ru Həya dininin milli-mənəvi dəyərlərimizdə təcəllası Uca dinimiz İslamda utanmaq hissi, həya çox önəmli görülmüş, insanın həyalı olması, hətta həyanın imanla bilavasitə sıx əlaqədə olması açıq-aşkar bildirilmişdir.
Belə ki, İmam (ə) belə buyurur: “Həya hər gözəlliyə və yaxşılığa çatmaq üçün vasitədir.
Həyanın qınanıldığı hallar haqqında Allahın Peyğəmbəri (s) belə buyurur: “Həya iki növdür: əqldən doğan həya və ağılsızlıqdan törəyən həya.
Bunu nəzərə alan Allahın Peyğəmbəri (s) belə bəyan edir: “Peyğəmbərlərin (ə) misallarından xalq arasında bu sözdən başqa bir şey qalmayıb: “Həyan olmasa, istədiyin hər işi et.
Bu haqda İmam Əli (ə) belə buyurur: “Həyanın zirvəsi, insanın özü- özündən həya etməsidir.
Peyğəmbər (s) həyanın İslam dinində mövqeyini bildirmək üçün belə buyurmuşdur: “Həya imandan bir şöbədir.
Əbu Səid əl-Xudri belə nəql edir “Peyğəmbər (s) çadırdakı bakirə qızdan daha çox həya sahibi idi.
Başqa bir hədisi-şərifində isə Peyğəmbərimiz (s) belə demişdir: “Ədəbsizlik və çirkin sözün daxil olduğu hər bir şey çirkinləşir.
Şifahi xalq ədəbiyyatının digər növlərində olduğu kimi, atalar sözlərində də həya haqqında çox gözəl ifadələr vardır.
İmam Sadiq (ə) buyurur: “Allahın yalnız insanlar üçün müəyyənləşdirdiyi və heyvanların məhrum olduğu xüsusiyyət həyadır.
” Həya çox böyük dəyərləri əhatə edir.
Həyanın bilavasitə din ilə sıx əlaqəsi, İslam dininə xas olan bir əxlaq sayılması onun mövqeyini daha da gücləndirir.